Icma.az, Yenicag portalına istinadən məlumat yayır. “Suriya Prezidenti Bəşər Əsədin rejiminin çöküşü Avropada qaçqın məsələsi ilə bağlı müəy
Yenicag.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksey Makarkin öz analitik yazısında bildirib.
O, əlavə edib ki, Əsəd rejiminin çöküşü maraqlı bir hadisə oldu: “Dekabrın 7-dən 8-nə keçən gecə Dəməşq təslim oldu, Əsəd ölkəni tərk etdi, lakin Baş nazir Məhəmməd Qazi əl-Cəlali vəzifəsini qoruyaraq hakimiyyətin ötürülməsi prosesini başlatdı.
Dekabrın 9-da Dəməşqdə əl-Cəlali ilə iki müxalif lider – Əbu Məhəmməd əl-Qolani (həqiqi adı Əhməd Hüseyn əl-Şara) və Məhəmməd əl-Bəşir görüşdü.
Hər iki lider silahlı müxalifət qruplarını təmsil edirdi. Əl-Bəşir, xüsusilə, əl-Qolaniyə tamamilə asılı olan bir fiqur idi.
Bu görüş mühüm idi, çünki hakimiyyətin sülh yolu ilə ötürülməsi və yeni Baş nazirin təyinatı məsələsi sürətlə həll olunmalıydı.
Suriya diasporu isə artıq 2012-ci ildən Əsəd ilə əlaqələrini kəsən Riyad Xicabı namizəd kimi irəli sürmüşdü”.
“Nəticədə, əl-Bəşirin namizədliyi qalib gəldi. O, mühəndis olsa da, İdlibdə xilasetmə hökumətində işləyərkən həm də şəriət üzrə mütəxəssis s