Suriyalıların Hələbə qayıdışı başlayıb

03.12.2024

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyada müxalif qrupların başlatdığı əməliyyatdan sonra Hələbin nəzarətə götürülməsi bölgədə əks miqrasiya dalğasına səbəb olub.

Xalqcəbhəsi.az Türkiyənin “ensonhaber.com” saytına istinadən xəbər verir ki, Hatay və ətraflarında yaşayan çoxlu suriyalılar səhər saatlarından etibarən Reyhanlıdakı Cilvegözü Gömrük Qapısına gəlib. Özləri ilə gətirdikləri mallarla gömrük qapısına gələn suriyalılar prosedurlarını tamamladıqdan sonra doğulub boya-başa çatdıqları şəhər və ya kəndlərə qayıtmağa başlayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью