Suriyalıların təxminən üçdə biri Əsəd rejimi tərəfindən “siyasi səbəblərə görə” axtarışda olub

24.05.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

dekabrda devrilmiş uzunmüddətli hökmdar Bəşər Əsədin kəşfiyyat və təhlükəsizlik xidmətləri 8 milyondan çox insanı axtarıb.

Bizimyol.info xəbər verir ki, bunu Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba bildirib.

Baba Dəməşqdə keçirdiyi mətbuat konfransında "keçmiş rejimin siyasi səbəblərlə axtardığı adamların sayının səkkiz milyonu keçdiyini" ifadə edərək, "söhbətin uzun müddət hakimiyyətdə olan, keçmiş rejimin repressiv kəşfiyyat və təhlükəsizlik xidmətləri tərəfindən axtarışda olan suriyalıların üçdə birindən getdiyini" qeyd edib.

"Əsəd rejimi siyasi fəal hesab etdiyi vətəndaşlar barədə qurama cinayətlər uydurub, onların barəsuində axtarış elan edərək ya həbs edib, ya da qorxudaraq susdurmağa çalışıb. Bəziləri isə bu təzyiqlərə dözməyərək ölkəni tərk etməyə məcbur olublar", - deyə o bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью