Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Rusiyanın Yaxın Şərqdəki nüfuzuna ağır zərbə oldu.
Teleqraf.com xəbər verir ki, bu barədə “Global Affairs” yazır.
Rusiyanın Suriyadakı hərbi bazalarına diqqət çəkən nəşr bildirir ki, Xmeymim və Tartusdakı obyektlər Şimali Afrika və Sahel bölgələrindəki əməliyyatlar üçün kritik logistika mərkəzlər rolunu oynayır: “Xmeymim olmadan Rusiya təyyarələrinin Liviya, Mərkəzi Afrika Respublikası, Mali, Niger və Burkina Faso kimi ölkələrə yanacaq doldurmadan çatmaları mümkün deyil.
Aralıq dənizində daimi dəniz qüvvəsi bu bazalar olmadan saxlanıla bilməz”.
Liviyanın Tobruk və Benqazi bölgələri Suriyadakı bazalara alternativ olaraq diqqət çəkir.
Amma Rusiyanın Liviyada hərbi mövcudluğun hüquqi əsaslarının zəifliyi və Qərbin qiyamçı qüvvələrin lideri Xəlifə Haftara təzyiqi bu variantları riskə atır.
İran nəzəri alternativ kimi ön plana çıxsa da, Rusiyanın 2016-cı ildə Həmədan bazasından qısamüddətli istifadə təcrübəsi göstərir ki, bu cür əməkdaşlıq həm mübahisəli, həm də davamlılıq baxımından zəif olacaq.