“Suriyanın adı dəyişməz qalacaq” Fidan

08.01.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yeni konstitusiyanın qəbulundan sonra Suriyanın adı olduğu kimi qalacaq - Suriya Ərəb Respublikası”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində deyib.

“Buna görə də idarəetmə forması eynidir, respublikadır”, - deyə o, aydınlıq gətirib.

Fidan qeyd edib ki, yeni konstitusiya referendum olmadan və ya referendumla hazırlana bilər, lakin 10 milyondan çox suriyalı səs vermək üçün ölkəyə qayıtmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью