Suriyanın baş naziri ölkədə hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb

08.12.2024

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyanın baş naziri ölkədə hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb

Suriyanın hazırkı hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali Suriya yaraqlılarının Dəməşqə daxil olmasından sonra respublikada hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu bildirib. Baş nazirin videomüraciəti “Facebook” sosial şəbəkəsində yayımlanıb.

“Vətənimizin bir hissəsi olan heç kimə zərər verməyəcəklərini təsdiq edən opponentlərə əlimizi uzadırıq Biz onlarla mümkün olan hər cür yardımı təmin edəcəyik” deyə o bəyan edib.

Baş nazir Dəməşqi tərk etməyəcəyini də bildirib və dövlət qurumlarının qorunub saxlanmasına çağırıb. O, respublikada baş verən hadisələr fonunda dövlət qurumlarının fəaliyyətinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.

Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью