Suriyanın BMT dəki nümayəndəsi İsraili hava hücumlarını dayandırmağa çağırıb

03.05.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

BMT-nin Suriya üzrə xüsusi elçisi Geir Pedersen İsrail ordusunun gecə ərzində Suriya ərazisini vurduğunu dedikdən sonra İsraili hücumlarını dərhal dayandırmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Pedersen “X” sosial şəkəsindəki səhifəsində yazıb.

“İsrailin Suriyanın suverenliyinin davam edən və artan pozuntularını, o cümlədən Dəməşqə və digər şəhərlərə çoxsaylı hava hücumlarını şiddətlə qınayıram”, - deyə diplomat qeyd edib.

“Mən İsraili bu hücumları dərhal dayandırmağa və Suriyada mülki əhaliyə təhlükə yaratmağa son qoymağa, beynəlxalq hüquqa, Suriyanın suverenliyinə, birliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət etməyə çağırıram”, - deyə o əlavə edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью