Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suriyanın Xüms şəhərində baş verən iki qətl hadisəsindən sonra təhlükəsizlik rəsmiləri şəhərdə komendant saatı elan edib.
Axar.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Daxili Təhlükəsizlik Komandanlığı Xümsün Zeydel rayonunda bir kişi və bir qadının öldürülməsindən sonra müvafiq qərar qəbul edib.
Belə ki, şəxsiyyətləri hələ müəyyən edilməyən cinayətkarlar Bəni Xalid aşirətinə mənsub ailədən bir qadını öldürüblər. Qadının cəsədinin hadisə yerində yandırıldığı və divara məzhəbçi ifadələrin yazıldığı bildirilir. Öldürülən kişinin də eyni aşirətdən olduğu vurğulanır.
Hadisədən sonra ölənlərin yaxınları Xümsün əl-Basal məhəlləsində qisas məqsədilə hücum həyata keçiriblər. Rəsmi orqanlar hələlik qətllərlə bağlı açıqlama yaymayıb.