Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Baas rejiminin süqutundan sonra əl dəyişdirən Deyr əz-Zor şəhərinin mərkəzində gənclər sevinclərini qraffiti əsərləri ilə əks etdiriblər.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, əsasən universitet tələbələri olan gənclər şəhərin mərkəzinə toplaşaraq divarlara qeyri-adi rənglərlə azadlıq və sülhü simvolizə edən rəsmlər çəkiblər.
Gənclər divarları rejimin süqutunu əks etdirən şəkillər və yeni Suriya bayraqları ilə rəngləyirlər.
Həmçinin rejim qüvvələrinin işgəncələri altında həyatını itirən suriyalı fəal Mazen Hamada və rejimin hücumunda həyatını itirən Suriya millisinin keçmiş futbolçusu Abdülbaset es-Sarutun portretini də çəkiblər.
Rəsmləri çəkən gənclərdən Muhammed El-Yunus "AA"ya bildirib ki, işə 9 nəfərlə başlayıblar və hazırda 32 nəfərlə davam edirlər.
Yunus: "Çəkdiklərimiz mövzunu dostlarımızla müzakirə etdikdən sonra işimizdə inqilab simvollarını seçmək qərarına gəldik.
Bu simvollar sülh və azadlığı təmsil edir. Araşdırmada iki şəhidimizi də seçdik. Biri Hamada, digəri isə Abdulbaset əs-Sarutdur.