Suriyanın dövlət bayrağı dəyişdirildi

08.12.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Silahlı müxalifətin Suriyada 61 illik "Bəəs" rejimini 12 gündə devirməsindən sonra ölkədəki dəyişiklik dalğası dövlət bayrağından da yan keçməyib.

Oxu.Az xəbər verir ki, bu barədə haberler.com məlumat yayıb.

Məlumata görə, Suriya bayrağı Dəməşqdəki bayraq dirəyindən çıxarılıb və onun yerinə 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri müxalifətin istifadə etdiyi üç ulduzlu bayraq sancılıb.

Mərkəzində üç qırmızı ulduz olan bayraq yaşıl, ağ və qara rənglərdən ibarətdir. Bu bayraq ilk dəfə 1932-ci ildə qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью