Suriyanın dövlət bayrağı dəyişdirildi

08.12.2024

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriyada 61 illik “Bəəs” rejiminin devirməsindən sonra ölkədə dövlət bayrağı da dəyişdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.

Belə ki, Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri müxalifətin istifadə etdiyi üç ulduzlu bayraq sancılıb.

Qeyd edək ki, Suriya müxalifəti tərəfindən 1932-ci ildə qəbul edilən bu dizayn yaşıl, ağ və qara rənglərdən ibarət olub və orta hissəsində üç qırmızı ulduz təsvir edilib.

Müxalifətin simvoluna çevrilən bu bayraq həm də Suriyanın müstəqilliyi və Əsəd rejiminə qarşı mübarizənin simvolu kimi görünməyə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью