Suriyanın ən böyük stadionunda yanğın

19.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Suriyanın Hələb şəhərində yerləşən, ölkənin ən böyük stadionu olan Hələb Beynəlxalq Stadionunda yanğın baş verib.

QOL.az xəbər verirr ki, bu barədə “Al-Masry Al-Youm” məlumat yayıb .

Hələb Beynəlxalq Stadionu 75 min tamaşaçı tutumuna malikdir.

Xəbərdə bildirilib ki, yanğını naməlum şəxslər törədib. Yanğın söndürülüb.

Qeyd edək ki, 2012-ci ilin iyul ayının əvvəlində mərmilər, partlayışlar və hava hücumları nəticəsində stadiona ciddi ziyan dəymişdi. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью