“Suriyanın əvvəlki rejimi Azərbaycana problem yaradırdı” Hikmət Hacıyev

12.12.2024

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Suriyanın əvvəlki rejimi bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı. Amma bundan sonra yaxşı olacağına ümid edirik”.

Sfera.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. 

“Suriyadakı məsələlərlə bağlı Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb. Azərbaycan tərəfi bundan sonrakı dövrdə qardaş Türkiyə ilə birgə məsləhətləşmələr əsasında Suriya ilə münasibətləri davam etdirəcək”, - Hikmət Hacıyev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью