Suriyanın hazırkı lideri Əsəd tərəfdarlarını ölümlə hədələyir

10.12.2024

Icma.az, Anews portalına istinadən məlumat yayır.

Suriyanın yeni hökuməti "Suriya xalqına işgəncə verilməsində iştirak edən cinayətkarları, qatilləri, kəşfiyyatçıları və ordu zabitlərini” mühakimə edəcək. Bu barədə ölkənin  faktiki lideri Əbu Məhəmməd əl-Culani deyib. 

 "Biz hərbi cinayətkarların qaçdıqları ölkələrdən ekstradisiyasını tələb edəcəyik və onlar layiq olduqları cəzanı alacaqlar. Hərbi xidmətdə olanlar üçün amnistiya elan etdik, lakin şəhidlərin qanı və məhbusların hüquqları bizim heç vaxt unudulmasına imkan verməyəcəyik”, - əl-Culani bildirib.

Dekabrın 8-də  gecə Suriyanın hökumət əleyhinə qüvvələri Dəməşqi nəzarət altına aldıqlarını və Əsəd rejimini devirdiklərini elan ediblər. Prezident isə ölkəni tərk edib və Rusiyada sığınacaq alıb.
Aytac 


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью