Suriyanın Hələb vilayətində kütləvi məzarlıq tapılıb

06.01.2025

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hələbdə Bəşər Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərə aid olduğu güman edilən kütləvi məzarlıq tapılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, kütləvi məzarlıqda devrilmiş rejim tərəfindən öldürülən mülki şəxslərə aid olduğu düşünülən cəsədlərin qalıqları aşkar edilib.

Suriyada hələ aşkar edilməmiş çoxlu kütləvi məzarlıqların olduğu düşünülür.

Kütləvi məzarlıqlarda tapılan meyitlərin eksqumasiya edilməsi, onların şəxsiyyətinin müəyyən edilməsi və itkin düşənlərin taleyinin üzə çıxarılması böyük əhəmiyyət kəsb edir.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью