Suriyanın Londondakı səfirliyi yenidən açılıb

13.11.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Suriyanın Böyük Britaniyadakı səfirliyi fəaliyətini bərpa edib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Həsən əl-Şeybani özünün “X” hesabında məlumat verib.

O, səfirliyin binasında Suriya bayrağını qaldırıb.

“Əsəd rejiminin illərdir yaratdığı təcriddən sonra bu gün Londonda Suriya səfirliyi yenidən açılır. Suriya öz azad kimliyi ilə dünyaya qayıdır,” deyə, Şeybani bildirib.

Qeyd edək ki, Suriyanın sabiq hökuməti dövründə Britaniya ilə Suriya arasında diplomatik əlaqələr kəsilmişdi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью