Suriyanın Moskvadakı səfirliyi: Bəşər Əsəd bizimlə əlaqə saxlamayıb

09.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Suriyanın Rusiyadakı səfirliyi Bəşər Əsədin Rusiya paytaxtında olması barədə məlumatı təsdiq edib.

Oxu.Az bu barədə TASS agentliyinə istinadən məlumat yayıb.

"Bəli, o, Moskvadadır", - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Suriya səfirliyi B.Əsədlə heç bir kontakt qurmadıqlarını, həmçinin Bəşər Əsədin də Suriyanın Moskvadakı səfirliyi ilə əlaqə saxlamadığını açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью