Suriyanın müvəqqəti baş naziri ƏlBəşir xaricdəki suriyalılara: “Ölkənizə qayıdın”

11.12.2024

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyanın yeni müvəqqəti baş naziri Məhəmməd Əl Bəşir xaricə sığınan suriyalıları ölkələrinə qayıtmağa çağırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Əl-Bəşir prezident Bəşər Əsədin devrilməsindən sonra xaricə sığınan suriyalıları ölkələrinə qayıtmağa çağırıb.

Əl-Bəşir açıqlamasında deyib:

“Bu mənim xaricdəki bütün suriyalılara bir çağırışdırımdır. Suriya indi öz qürurunu və şərəfini qazanmış azad bir ölkədir. Geri qayıdın.”

İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verən müvəqqəti baş nazir əlavə edib ki, Suriyada bütün insanların və bütün məzhəblərin hüquqları təmin ediləcək.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью