Suriyanın müvəqqəti hökumətinin başçısı məlum olub

10.12.2024

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məhəmməd əl-Bəşir Suriyanın müvəqqəti hökumətinin başçısı təyin edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.

...Görüş devrilmiş rejimin hökumətindən işlərin müvəqqəti Suriya hökumətinə verilməsinə həsr olunub.

Bunu əl-Bəşir bildirib.

Əl-Bəşirin sözlərinə görə, o, Suriyada keçid dövrünün başa çata biləcəyi 2025-ci il martın 1-dək vəzifəsini icra edəcək.

O əlavə edib ki, ölkə üçün müvəqqəti hökumət qurmaq niyyətindədir.

Dekabrın 9-da Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali ölkədə hakimiyyətin ölkə prezidenti Bəşər Əsədi devirmiş anti-hökumət qüvvələrinin liderlərinə təhvil verməyə razı olduğunu bəyan edib.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью