Suriyanın paytaxtında partlayış baş verdi

14.12.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Dəməşqdə güclü partlayışlar baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Livanın "Əl Manar" telekanalı məlumat yayıb.
Məlumata görə, partlayışlar İsrailin atəşi nəticəsində baş verib. Hücum nəticəsində hansı obyektlərin vurulduğu barədə hələlik məlumat yoxdur.

Bundan başqa İsrail Suriya Ordusunun Latakiya və Tartus yaxınlığındakı hədəflərinə də hücum edib. Zərbələr Suriya Ordusunun komanda məntəqələri və hərbi anbarlarına endirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью