Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06.09.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyanın Səhiyyə naziri Musab əl-Əli Dəməşqdə keçirilən beynəlxalq sərgidə silah götürərək hədəfə atəş açıb.

BAKU.WS xəbər verir ki, 63-cü Dəməşq Beynəlxalq Sərgisində Daxili İşlər Nazirliyinin stendini ziyarət edən əl-Əli burada tapançadan bir neçə dəfə atəş açıb.

Nazirin silahdan istifadə zamanı sərgilədiyi rahat və soyuqqanlı davranış diqqət çəkib. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Məlumata görə, Musab əl-Əlinin hərbi keçmişi yoxdur. O, nazir vəzifəsinə qədər uzun illər həkim kimi çalışıb və ixtisası beyin cərrahıdır.

Hadisə hər hansı hərbi əməliyyat və ya qarşıdurma zamanı deyil, sərgi çərçivəsində keçirilən rəsmi ziyarət zamanı baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью