Suriyanın şimalı türkman komandana tapşırıldı: PKK ya zərbə...

13.04.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Suriya Milli Ordusunun II korpus komandiri Fehim İsa müdafiə nazirinin köməkçisi və şimal regionu üzrə komandan təyin edilib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, milliyətcə türkman olan İsanın bu vəzifəyə gətrilməsi şimalda hərbi idarəçilik tələb edən YPG/PKK-ya xəbərdarlıq mesajı kimi şərh edilir.

Qeyd edilir ki, F.İsa 2023-cü ildə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Düvlət Baxçalı ilə görüşü ilə Türkiyə ictimaiyyətinin yaddaşında qalmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью