Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suriya Milli Ordusunun II korpus komandiri Fehim İsa müdafiə nazirinin köməkçisi və şimal regionu üzrə komandan təyin edilib.
Milliyətcə türkman (azərbaycanlı - red.) olan İsanın bu vəzifəyə gətrilməsi şimalda hərbi idarəçilik tələb edən YPG/PKK-ya xəbərdarlıq mesajı kimi şərh edilir.
Qeyd edilir ki, F.İsa 2023-cü ildə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşmüşdü. \\Axar.Az