Suriyanın şimalında 20 PKK/YPG terrorçusu zərərsizləşdirilib

10.01.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib

Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-nin 20 üzvü zərərsizləşdirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda Suriyanın şimalında 20 PKK/YPG terrorçusunun aşkarlandığı qeyd edilib. Terrorçuların silahlı pilotsuz uçuş aparatları ilə keçirilən əməliyyat nəticəsində zərərsizləşdirildiyi bildirilib.
''Harada olurlarsa olsunlar, terror təşkilatlarına qarşı mübarizəmiz sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”, - deyə bəyanatda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью