Suriyanın şimalında 7 PKK terrorçusu zərərsizləşdirilib

25.11.2024

Icma.az xəbər verir, Operativmedia saytına əsaslanaraq.

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Fərat Qalxanı bölgəsində 7 PKK terrorçusunu öldürüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz, Suriyanın şimalında, Fərat Qalxanı bölgəsində aşkarladıqları 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terrorun məhv edilməsi istiqamətində əməliyyatlara davam edəcəyik", - deyə məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью