Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirilib

25.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Suriyanın şimalında “Fərat qalxanı” bölgəsində aşkarlanan 7 terrorçu zərərsizləşdirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən açıklama verilib.

"Terrorçu haradadırsa, hədəfimiz də ordadır. Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkarladıqları 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terrorizmi qaynağında məhv etmək məqsədilə gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatlara davam edəcəyik", - deyə məlumatda bildirilib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью