Статья не опубликована
Suriyanın xarici işlər naziri də yoxa çıxıb | Icma.az

Suriyanın xarici işlər naziri də yoxa çıxıb

08.12.2024

Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dəməşqdə qalan Suriya Nazirlər Kabinetinin üzvləri xarici işlər naziri Bassam Sabbaqın harada olmasından xəbərsizdirlər. AzNews.az xəbər verir ki, bu barədə Suriyanın rabitə naziri İyad əl-Xətib Əl-Ərəbiyyə telekanalına müsahibəsində bildirib.

Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali daha əvvəl demişdi ki, o və bir neçə nazir Suriyada qalır. Onlar ölkə prezidentinin və müdafiə nazirinin harada olduğunu bilmirlər.

"Biz xarici işlər nazirinin hazırda harada olduğunu bilmirik, onunla əlaqəmiz yoxdur", - Əl-Xatib deyib.

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью