Suriyanın XİN rəhbəri üç ölkəyə səfər edəcək

04.01.2025

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani yaxın günlərdə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya səfər etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə nazir özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Əssad Həsən Əş-Şibani qeyd edib ki, Suriyanın yeni administrasiyası bu səfərin ölkənin sabitliyinin və təhlükəsizliyinin qorunmasına, eləcə də ölkənin iqtisadi bərpasına töhfə verəcəyinə ümid edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью