Suriyanın yeni administrasiyasına senzura

03.02.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Amerikalı milyarder, Tesla və SpaceX-in baş direktoru İlon Maskın sahibi olduğu sosial media platforması X heç bir səbəb göstərmədən Suriya Prezidentliyinin rəsmi hesabını bloklayıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, platforma rəsmiləri bu qərarın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Lakin bu addım Suriyanın yeni administrasiyasına qarşı senzura kimi qiymətləndirilib.

Suriya rəhbərliyi hesabın dayandırılmasını siyasi və qərəzli bir yanaşma kimi dəyərləndirsə də, bəzi analitiklər bunun Qərb ölkələrinin Dəməşq rəhbərliyinə artan təzyiqlərinin bir hissəsi ola biləcəyini bildiriblər.

Mövzu ilə bağlı əlavə açıqlamaların verilməsi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью