Suriyanın yeni hakimiyyəti ölkədə təhsili pulsuz etmək niyyətindədir

12.01.2025

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Suriyanın yeni hakimiyyət orqanları ölkədə təhsilin pulsuz olmasına çalışır.

"Report"un "Al Jazeera" telekanalına istinadən verdiyi məlumata görə, bunu keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri deyib.

"Hökumət təhsilin pulsuz olmasına çalışır - bu, hər bir suriyalının hüququdur. Biz Suriya xalqının istəklərinə cavab verən yeni təhsil layihəsi üzərində işləyirik", - o deyib.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью