Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji əlaqələri davam etdirəcək | Icma.az
Icma.az, Bizimyol portalına istinadən məlumat verir. Suriyanın yeni hakimiyyəti qonşuları Türkiyə ilə strateji münasibətləri davam etdirmək
Bizimyol.info xəbər verir ki, bu barədə Dəməşqdə hakimiyyətə gələn müxalifət lideri, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şara
“Bizim Türkiyə ilə strateji əlaqələrimiz olacaq. Türkiyənin yeni Suriya dövlətinin yaradılmasında bir çox prioritetləri var.
Qarşılıqlı ticarət əlaqələri olacaq, Türkiyənin iqtisadi inkişaf təcrübəsini Suriyaya köçürəcəyinə inanırıq”, - deyə o qeyd edib.
Əl-Şaraa 2011-ci ildən bəri ölkədən qaçan suriyalıların yarısının vətənlərinə qayıdacağına ümid etdiyini bildirib.
“Suriyalılar bir çox ölkədə sığınacaq tapdılar, amma Türkiyə onları ən çox qəbul etdi, digərlərindən daha çox hörmətlə yanaşdı.
Ümid edirəm ki, Suriya bunu unutmayacaq”, - deyə o əlavə edib.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, respublikada 2,9 milyondan bir qədər çox suriyalı qaçqın olduğu bilinir.
Tam oxu
Xəbəri oxu