Suriyanın yeni hökuməti ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına edib Xəbər saytı Son xəbərlər və Hadisələr

02.01.2025

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Suriyadakı Müvəqqəti Hökumətin nümayəndə heyəti Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Suriyanın dövlət xəbər agentliyi SANA-nın yaydığı məlumata görə səfər Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin dəvəti əsasında baş tutub.

Müvəqqəti hökumətin ilk rəsmi səfərində xarici işlər naziri Əsad Həsən Şeybani, müdafiə naziri Murhef Əbu Qasra, Suriya kəşfiyyatının rəhbəri Ənəs Xattab yer alıblar.

Müvəqqəti hökumət hələlik səfərin məqsədi və müddəti ilə bağlı açıqlama verməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью