Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaxın vaxtlara qədər Türkiyəyə sadiq hesab edilən Suriya keçid hökuməti türk mallarının idxalına gömrük rüsumlarını kəskin artırdığını açıqlayıb.
Türkiyənin “Ekonomim” qəzetinin xəbərinə görə, tariflər 300-500% artaraq iki ölkə arasında ticarəti faktiki olaraq iflic edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, rüsumların artırılması sərhəddə böyük növbələr yaradıb: minlərlə yük maşını keçidlərdə ilişib və kilometrlərlə tıxac yaranıb.
Suriya hökumətinin qərarı Türkiyənin cənub-şərq bölgələrindən ixracata zərbə vurub.
Nəzərə almaq lazımdır ki, Suriyaya tədarük Türkiyə iqtisadiyyatında mühüm rol oynayır.
Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin prezidenti Cəlal Kaduğlunun sözlərinə görə, əvvəllər Suriyaya aylıq ixracat 30 milyon dollara çatırdısa, indi bu rəqəm kəskin şəkildə azalacaq.
Transsərhəd daşımalarda ixtisaslaşmış türk şirkətləri çətin vəziyyətə düşüblər.