Suriyanın yeni hökumətinin nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib

02.01.2025

Icma.az bildirir, Anews portalına istinadən.


Suriyadakı Müvəqqəti Hökumətin nümayəndə heyəti Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib.Bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.

Səfər Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin dəvəti əsasında baş tutub.

Müvəqqəti hökumətin ilk rəsmi səfərində xarici işlər naziri Əsad Həsən Şeybani, müdafiə naziri Murhef Əbu Qasra, Suriya kəşfiyyatının rəhbəri Ənəs Xattab yer alıblar.


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью