Suriyanın yeni lideri ABŞdan nə istəyib?

05.01.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şara ABŞ-dan iki məsələdə dəstək istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kann” telekanalı məlumat yayıb.

Əhməd əş-Şaranın ABŞ-dan ilk xahişi İsrailin qoşunlarının sərhəddəki bufer zonadan və Hermon dağından çıxarılması ilə bağlı olub. İsrail rəsmiləri isə “Kan”-a ABŞ-dan bununla bağlı hər hansı müraciət daxil olmadığını bildiriblər.

Əhməd əş-Şaranın ikinci xahişi ABŞ-ın Suriyaya humanitar yardım göndərməsi ilə bağlı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью