Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
Suriyanın yenidən qurulması kampaniyasında 15 milyon dollar toplanıb.
Missiya.Az "Starhaber"ə istinadən xəbər verir ki, Suriyanın Süveyda rayonuna xərclənəcək ianələr mənzil, təhsil və səhiyyə xidmətlərinə, infrastruktur işlərinə və əsas ehtiyacların ödənilməsinə yönəldiləcək.
Qeyd edək ki, əvvəllər Suriyanın bir çox əyalətlərində keçirilən ianə aksiyalarında Dəməşqdə 70 milyon, Deyr əz-Zorda 30 milyon, Dərada 40 milyon, Homsda 24 milyon, İdlibdə 200 milyon dollar toplanıb.
İlahə Qənbərli
Missiya.Az