Suriyaya qayıdanların SAYI

08.03.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

2024-cü ilin noyabr ayından bəri təxminən 750 min məcburi köçkün öz evlərinə qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında bildirilib.

Məlumata görə, təxminən 7 milyon insan hələ də 14 illik müharibədən sonra ölkədə köçkün vəziyyətindədir.

Hesabatda 2024-cü ilin yanvar ayından bu yana xaricdən Suriyaya 571 min 388 nəfərin qayıtdığı, 2024-cü ilin noyabrından sonra ölkəyə qayıdan suriyalı qaçqınların sayının isə 259 min 745 nəfər olduğu bildirilib.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью