Suriyda müvəqqəti hökumət quruldu, yeni baş nazir vəı nazirlər bəlli oldu Ədliyyə naziri isə Bu unikal ölkədə şəriət bərqərar olacaq” dedi

09.12.2024

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan yeni hökumətin başçısı Məhəmməd əl-Bəşir olub. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yeni baş nazir Məhəmməd əl-Bəşir və kabineti regionda keçid prosesi istiqamətində böyük bir məsuliyyətin altına giriblər.

Mühəndislik və hüquq sahəsində təcrübəsi ilə tanınan Məhəmməd əl-Bəşir 1983-cü ildə İdlibdə anadan olub.

O, 2007-ci ildə Hələb Universitetinin Elektrik mühəndisliyi fakültəsini bitirib. 2011-ci ildə Suriya Qaz Şirkətində menecer kimi işə başlayıb. İdlib Universitetində şəriət və hüquq üzrə bakalavr dərəcəsi də olan Bəşir dövlət idarəçiliyi üzrə də təhsil alıb. Məhəmməd əl-Bəşir 2022-2023-cü illər arasında İnkişaf və Humanitar İşlər naziri, 2024-cü ilin əvvəlində baş nazir seçilib.

Onun rəhbərlik edəcəyi hökumətdə bəzi nazirlərin kimliyi də bəlli olub: 

Ədliyyə naziri: Şadi əl-Vaysi

Daxili İşlər naziri Məhəmməd Abdurahman

Maliyyə naziri: Bazel Əbdüləziz

Kənd Təsərrüfatı naziri: Məhəmməd əl-Əhməd Nazir Nazir əl-Qadiri

Rabitə naziri: Məhəmməd əl-Ömər

Vəqflər naziri: Hüsam hac Hüseyn

Səhiyyə naziri: Mazin Duqan

Təhsil naziri: Andülmunim Abdulhafiz

Yerli İdarəetmə naziri: Məhəmməd Müslüm

İnkişaf naziri: Fadi əl-Qasim

Müvəqqəti hökumətin ədliyyə naziri Şadi əl-Veysi isə ilk aşıqlamasında şəritə qanunlarına eyham vurub: "Həmd olsun aləmlərin Rəbbi olan Allaha, biz bura başımız dik gəldik. Bu unikal ölkədə şəriət bərqərar olacaq”.

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью