Sürpriz çıxmasa, sülh müqaviləsinin imzalanması bu il ərzində gerçəkləşdirilə bilər Fazil Mustafa

04.02.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Əlbəttə, Ermənistan və Azərbaycan arasında sülhün imzalanması mümkündür, dəqiq vaxtını mən söyləyə bilmərəm, çünki bunu müzakirəni aparanlar dəqiq bilirlər”.

Bunu Redaktor.az-a Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa həmkarı Qüdrət Həsənquliyevin Ermənistan və Azərbaycan arasında iyun ayına qədər sülh müqaviləsinin imzalana biləcəyini söyləməsindən danışarkən dedi.

“Hətta bunu daha da tezləşdirmə imkanları var. Hər halda Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkilərdə göstərəcəyi nəticələrin də məsələyə təsiri böyük olacaq. Ümid edirəm ki, Ermənistanda hər hansı bir sürpriz çıxmasa, bu müqavilənin imzalanması bu il ərzində gerçəkləşdirilə bilər. Amma konkret ay söyləməkdə çətinlik çəkirəm”, - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью