Sursat fabrikində partlayış: ölənlər var

24.01.2025

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hindistanın qərbindəki Maharaştra ştatının Bhandara rayonundakı sursat zavodunda partlayış baş verib. 

News24.az xəbər verir ki, dövlət rəsmiləri verdiyi açıqlamada partlayış nəticəsində fabrikin damının uçduğunu və ən azı 14 işçinin sıxışdırıldığını bildirib. 

Nəqliyyat naziri Nitin Qadkari daha sonra bildirib ki, partlayış nəticəsində 8 nəfər ölüb, 7 nəfər yaralanıb.

Partlayışın səbəbi hələlik məlum deyil.

Məryəm İlhamqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью