Sürü qatar yoluna çıxdı, 15 qoyun tələf oldu

18.07.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın cənub-qərbində yüksək sürətli qatar qoyun sürüsü ilə toqquşub.
Avtosfer.az xəbər verir ki, hadisə Offenbax və Hanau şəhərləri arasında yüksəksürətli dəmiryolu xəttində baş verib.

Maşinist relslərin üzərindəki sürünü gördükdə qəza tormozundan istifadə edib. Lakin, məsafə qısa olduğundan toqquşma qaçınılmaz olub.

Hadisə nəticəsində 15 baş xırdabuynuzlu heyvan tələf olub. Qəza zamanı qatarda olan 120 sərnişinin heç biri xəsarət almasa da, xəttdə hərəkər 2 saat dayanıb.

Polis qoyunların mühafizə olunan əraziyə necə girə bildiyini araşdırır.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью