Icma.az, Avtosfer saytına istinadən bildirir.
Xırdalan şəhərində dayanma-durma qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 77-XZ-680 qeydiyyat nişanlı "Honda" markalı avtomobilin sürücüsü yolun kənarında duran sərnişini görən kimi anidən ikinci cərgədə dayanıb. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısını kəsərək onun hərəkətini məhdudlaşdırıb. Videodan da aydın şəkildə görünür ki, yolun sağında birinci cərgədə dayanmaq üçün yer var. Sadəcə sürücü özünü düşünərək qaydaları pozmağı seçib.
Fərid
Oxunub 210