Sürücü 30 metr məsafə qənaət etmək üçün qaydanı pozdu VİDEO

29.08.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 99-UE-696 qeydiyyat nişanlı "Audi" markalı avtomobilin sürücüsü düzünə hərəkəti bildirən nişanın tələbini pozaraq geriyə dönüb.

Qeyd edək ki, 30 metr qarşıda geriyə dönmək üçün yer olsa da, sürücü məsafəyə qənaət etmək üçün qaydanı pozmağı seçib.

Sözügedən videonu təqdim edirik.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью