Sürücü avtobusu saxlayıb siqaret çəkməyə düşdü (Video)

10.07.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

13 nömrəli marşrut avtobusunun sürücüsü avtobusu saxlayaraq düşüb siqaret çəkib.

Milli.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, dayanacaqda sərnişinlərdən biri səhvən "Stop" düyməsini basıb. Bundan sonra sürücü avtobusu saxlayaraq qapıları bağlayıb, nəqliyyat vasitəsindən düşüb və yolun kənarında siqaret çəkməyə başlayıb.

Kadrlardan görünür ki, sürücünün bu hərəkəti avtobusdakı sərnişinlərin narazılığına səbəb olub.

Görüntülər sosial şəbəkə istifadəçiləri arasında da geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi sürücünün bu davranışını sərnişinlərə qarşı məsuliyyətsizlik kimi dəyərləndirib.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью