Sürücü avtomobili piyadaların üzərinə sürdü VİDEO

25.11.2024

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Çelyabinsk şəhərində dəhşətli yol qəzası baş verib. 
Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, avtomobil piyada keçidində dayanan insanların üzərindən keçib. 
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında qadın və uşaq arabasında olan körpəsi də var. 
Sürücü qəza yerini tərk etsə də, çox uzaqlaşa bilməyib. O, digər küçədə daha bir avtomobillə toqquşub. Digər sürücülər isə onun qarşısını kəsərək polisi gözləyiblər. Hadisəni törədən sürücü saxlanılıb. 

(bizim.media)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью