Sürücü betonqarışdıran kamazın altında qalaraq öldü

09.02.2025

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Balakəndə betonqarışdıran maşın aşıb, ölən var.

Gununsesi.info xəbər verir ki, fevralın 8-də saat 13 radələrində rayonun Gərəkli kəndi ərazisində yerləşən Mazımqara yaşayış məntəqəsində “KamAZ” markalı betonqarışdıran nəqliyyat vasitəsinin sürücüsü 1956-cı il təvəllüdlü Fərzəliyev Əsgər Umar oğlu iş zamanı idarə etdiyi həmin nəqliyyat vasitəsini aşırıb.

Hadisə nəticəsində sürücü avtomobilin altında qalaraq dünyasını dəyişib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью