Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avtosfer.az saytı dayanma-durma qaydası ilə bağlı yeni sualı və qalib olmuş oxucunun adını təqdim edir.
Ağ rəngli avtomobilin sürücüsü burada ötmə edə bilər?
1) Ötə bilər
2) Ötə bilməz
3) Piyadalara mane olmayacaqsa ötə bilər
Doğru cavab: 2) Ötə bilməz
İzah: "Yol hərəkəti haqqında" qanunun 51-ci maddəsinin V hissəsinin 2-ci bəndində qeyd olunub ki, piyada keçidlərində piyadalar olduqda ötmə qadağandır. Qanunun bu müddəasına görə, sürücü piyadalara mane olmadığı halda belə keçiddə ötmə əməliyyatı edə bilməz.
Sualın ilk düzgün cavabını verən Emil Mirəliyev adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.