Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. Yol polisinin vaxtaşırı səkiləri zəbt edən sürücülərlə bağlı tədbir görməsi, bir çoxuna p
Üstəlik belə hallar artıq şəhərin mərkəzi küçələrində də qeydə alınır.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonunda sürücü avtomobili səkiyə dırmaşdırmaqla həm səkini, həm də avtobus dayanacağını zəbt edib.
Belə ki, rayonun Abbas Mirzə Şərifzadə küçəsində avtomobil idarəçilərinin tez-tez pozduğu belə qaydalar həm ictimai nəqliyyatın, həm də piyadaların hərəkətinə maneə yaradır.
Sürücü“ASAN Xidmət” mərkəzinin yaxınlığındakı dayanacaqda “BYD” markalı 77-UZ-312 qeydiyyat nişanlı avtomobili park edib və ərazidən uzaqlaşıb.
Nəticədə, avtobuslar öz dayaancağında yox, mərkəzin qarşısında saxlamalı olur.
Piyadalar ya maşının önündəki kiçik boşluqdan keçməlidir, ya da avtomobil yoluna çıxaraq özlərini təhlükəyə atmalıdır.
Onu da vurğulayaq ki, şəhərin bri çox küçə və prospektlərində bəzi avtomobil təmir və satış məntəqələri müştərilərinin, sahiblərinin maşınlarını "rahat" park edə bilməsi üçün yoldan səkiyə qalxa biləcək şərait yaradırlar.