Sürücü daşıdığı zibilləri döngədə dağdıb getdi VİDEO

13.11.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 99-OC-235 qeydiyyat nişanlı "İsuzu" markalı yük avtomobilinin sürücüsü yolayrıcından sola dönən zaman daşıdığı yüklər yola dağılıb.

"Yol hərəkəti haqqında" qanunun 57-ci maddəsində qeyd olunub ki, yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью