Sürücü dənizə düşdü, öldü

19.11.2024

Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sürücü dənizə düşdü, öldü

Bu gün səhər saatlarında bir nəfər limanda dənizə düşüb və həyatını itirib.

Sonxeber.az "Oxu.az"a istinadən xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Mehman Mehdiyev faktı təsdiqləyib.

O qeyd edib ki, "ASCO Nəqliyyat" MMC-nin sürücüsü Mirzə Əbdüləzimzadə ilkin ehtimala görə, ehtiyatsızlıq səbəbindən limanda dənizə düşüb.

"Dərhal aidiyyəti üzrə məlumat verilib və aparılan xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır", - deyə açıqlamada bildirilir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью